Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında (01.04.2024-cü il tarixə)

14 may 2024 | 11:59

2024-cü ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 4953,0 min manat olmuşdur. Xidmətin 41,2 faizi hüquqi şəxslər, 58,8 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 679,0 min manat, iaşə xidmətinin həcmi 345,0 min manat olmuşdur.

Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər  2041,0 min manat (93,4 faiz dövlət mülkiyyəti, 6,6 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 1884,4 min manatı iri müəssisələrin, 156,6 min manatı isə kiçik müəssisələrin payına düşür.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər