Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

09 fevral 2026 | 11:48

2025-ci ilin yanvar-dekabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artaraq 21663,0 min manat olmuşdur. Xidmətin 36,1 faizi hüquqi şəxslər, 63,9 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 2566,0 min manat, iaşə xidmətinin həcmi 3525,0 min manat olmuşdur.

Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər  7814,9 min manat (34,8 faiz dövlət mülkiyyəti, 65,2 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 7748,6 min manatı iri müəssisələrin, 66,3 min manatı isə kiçik müəssisələrin payına düşür.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər