Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında (2022-ci ilin 9 ayı)
2022-ci ilin yanvar-sentyabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 10136,0 min manat olmuşdur. Xidmətin 38,8 faizi hüquqi şəxslər, 61,2 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1368,0 min manat, iaşə xidmətinin həcmi 1184,0 min manat olmuşdur.
Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 3930,3 min manat (99,3 faiz dövlət mülkiyyəti, 0,7 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 3872,4 min manatı iri müəssisələrin, 57,9 min manatı isə kiçik müəssisələrin payına düşür.
Zərdab Rayon Statistika İdarəsi