Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
2025-ci ilin yanvar-iyun aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən 17,4 faiz artaraq 11455,0 min manat olmuşdur. Xidmətin 36,0 faizi hüquqi şəxslər, 64,0 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1486,0 min manat, iaşə xidmətinin həcmi 1841,0 min manat olmuşdur.
Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 4126,4 min manat (94,6 faiz dövlət mülkiyyəti, 5,4 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 4096,9 min manatı iri müəssisələrin, 29,5 min manatı isə kiçik müəssisələrin payına düşür.
Zərdab Rayon Statistika İdarəsi






