Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
2025-ci ilin yanvar-sentyabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 16563,0 min manat olmuşdur. Xidmətin 34,7 faizi hüquqi şəxslər, 65,3 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 2229,0 min manat, iaşə xidmətinin həcmi 2170,0 min manat olmuşdur.
Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 5744,0 min manat (95,3 faiz dövlət mülkiyyəti, 4,7 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 5692,9 min manatı iri müəssisələrin, 51,1 min manatı isə kiçik müəssisələrin payına düşür.
Zərdab Rayon Statistika İdarəsi






