Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
2022-ci ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 3714,0 min manat olmuşdur. Xidmətin 43,4 faizi hüquqi şəxslər, 56,6 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 494,0 min manat, iaşə xidmətinin həcmi 221,0 min manat olmuşdur.
Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 4623,8 min manat (99,5 faiz dövlət mülkiyyəti, 0,5 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 1589,2 min manatı iri müəssisələrin, 21,6 min manatı isə kiçik müəssisələrin payına düşür.
Zərdab Rayon Statistika İdarəsi