Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər

04 avqust 2022 | 17:22

2022-ci ilin yanvar-iyun aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 7048,0 min manat olmuşdur. Xidmətin 40,5 faizi hüquqi şəxslər, 59,5 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 912,0 min manat, iaşə xidmətinin həcmi 972,6 min manat olmuşdur. Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər  2857,0 min manat (99,4 faiz dövlət mülkiyyəti, 0,6 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 2817,5 min manatı iri müəssisələrin, 39,5 min manatı isə kiçik müəssisələrin payına düşür.

Zərdab Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi Hürzad Məhərrəmova

Keçidlər