"Elmə və insanlığa həsr olunmuş ömür" adlı tədbir keçirilib
15 aprel 2026 | 17:15
15 aprel 2026-cı il tarixində Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Mərkəzi Xəstəxananın iştirakı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş "Elmə və insanlığa həsr olunmuş ömür" adlı anım günü tədbiri keçirilib. Zərdab rayon Mərkəzi Xəstəxanasının iclas zalında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər Akademik Zərifə Əliyevanın Azərbaycan elminin inkişafındakı mühüm xidmətlərindən, onun oftalmologiya sahəsində qazandığı uğurlardan və zəngin elmi irsindən bəhs ediblər. Tədbirdə iştirak edən oftamoloq həkimlər də çıxış edərək Zərifə Əliyevanın həyat yolu, elmi fəaliyyəti və gənc nəslin maariflənməsində oynadığı rol barədə geniş məlumat veriblər. Çıxışlarda onun Azərbaycan səhiyyəsinə və tibbin inkişafına verdiyi töhfələr xüsusi vurğulanıb.






