Ən yüksək məhsuldarlıq əldə edən kümçülər mükafatlandırılıb
22 iyun 2024 | 12:40
Hər il olduğu kimi, Zərdab rayonu bu il də barama tədarükü sahəsində Respublikada birinci olub. Belə ki, 2024-cü ilin məhsulu üçün 820 qutu ipəkqurdu toxumu kümçülərə paylanılıb, 40 tondan çox yaş barama emal müəssisəsinə təhvil verilib. Barama mövsümünün əvvəlində əslən Zərdab rayonundan olan ictimai fəal Ramil Mehdiyevin vəd etdiyi pul mükafatları Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ipəkqurdunun bəslənməsi və yüksək məhsuldarlığı ilə seçilən kümçülərə təqdim olunub. Onlara bu sahədə gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulanıb.