Ən yüksək məhsuldarlıq əldə edən kümçülər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılacaq
05 may 2025 | 11:11
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər davam etdirilir. Artıq 2025-ci ilin məhsulu üçün ipəkqurdu toxumu kümçülərə paylanılıb. Barama mövsümünün sonunda ən yüksək məhsuldarlıq əldə edən kümçülər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırılacaq.
Belə ki, ən azı 60 qram və ondan çox ipəkqurdu toxumu bəsləyərək ən yüksək məhsuldarlıq əldə edən kümçülərdən 1-ci yeri tutan kümçüyə 500 manat, 2-ci yeri tutan kümçüyə 300 manat, 3-cü yeri tutan kümçüyə isə 200 manat məbləğində pul mükafatı təqdim olunacaq.