Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması mövzusunda seminar-treninq keçirilib
12.02.2024-cü il tarixdə Gəlmə kənd diyarşünaslıq evində erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması mövzusunda seminar-treninq keçirilib.
Zərdab rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçıllığı ilə keçirilmiş tədbirdə Rayon Polis Şöbəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin, Gəlmə İƏD üzrə nümayəndəliyinin əməkdaşları, Gəlmə bələdiyyəsində yaradılmış “Gender, erkən nikah məsələləri, məişət zorakılığı üzrə mübarizəyə dair Komissiya”sının sədri, həmçinin təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etmişdir.
Qarşılıqlı diskusiya şəklində davam edən tədbirdə erkən nikahlar və qohumlar arasında nikahları doğuran hallar və səbəblər, bu problemlərin qarşısının davamlı və effektiv şəkildə alınması yolları, mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlıq səviyyəsi mövzularında müzakirələr aparılmışdır. Sonda erkən nikahların baş verməsinin qarşısının alınmasına dəstək vermək üçün ailə başçılarına məktub ünvanlamaq və kənd ərazisində mütəmadi olaraq əhalinin sıx toplaşdıqları ərazilərdə maarifləndirmə işlərinin daha da artırılması üçün qərar qəbul edilmişdir.