Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Fondunun “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Zərdab olub

20 oktyabr 2026 | 09:14
Səyyar Gənclər Xidməti 19-23 oktyabr tarixlərində Zərdab gəncləri üçün xidmət göstərəcək.
“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin Zərdabdaki açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramo Hacıyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramın idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova iştirak edib. Rəsmi çıxışlar zamanı layihənin region gənclərinin şəxsi inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının artırılmasına verdiyi töhfələrdən bəhs olunub.
Tədbirin açılış hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb.
Rəsmi hissədən sonra qonaqlar və iştirakçılar Səyyar Gənclər Xidmətinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, gənclər üçün təşkil olunan müxtəlif xidmət və imkanlar barədə ətraflı məlumat əldə ediblər.
Keçidlər