Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Sosial mediada gənclərin fəaliyyətinin qurulması” mövzusunda təlim keçirilib

09 sentyabr 2022 | 18:32

Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Sosial mediada gənclərin fəaliyyətinin qurulması” mövzusunda təlim keçirilib. Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı Kamal Xəlilov və “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli tərəfindən keçirilmiş təlimdə sosial medianın faydaları, yaratdığı imkanlar, gənclərin gündəlik həyatına təsirləri, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə təsiri barədə məlumatlar diqqətə çatdırılıb. Təlim çərçivəsində gənclərlə qrup işləri təşkil olunub, sonda təqdimatlar edilib.

Keçidlər