“Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda tədbir keçirilib
03 mart 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək mərkəzinin birgə təşkilatçılığı, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçının müavini - ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun fəaliyyəti, iş prinsipi barədə, həmçinin məişət zotakılığı, onun növləri, məişət zorakılığına məruz qalan insanların hansı orqanlara müraciət etmələri haqqında geniş məlumat verib. Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Xəyalə Niftəliyeva Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun, bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının üzvlərini təbdir iştirakçılarının nəzətinə çatdırıb. Sonra Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialının əməkdaşı Eldar Xəlilov, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva da mövzu ətrafında çıxış edib. Sonda Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial pedaqoqu Əsli Hümmət “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda hazırlanmış təqdimatı təqdim edib və qonaqların sualları cavablandırılıb.






