Şriftin ölçüsü :

Saytın rəngi :

Hava haqqında xəbərdarlıq

15 dekabr 2025 | 14:07
Dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir. Şərq küləyinin bəzi yerlərdə arabir 15-18 m/s -dək güclənəcəyi gözlənilir. Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsinin ərazisindən axan çaylarda sululuğun artımı ehtimal olunur.
 
ETSN Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosu
Keçidlər