Həsən Bəy Zərdabi adına mədəniyyət və istirahət parkında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Zərdab rayon Mədəniyyət Mərkəzi və Zərdab rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 30 may 2025-ci il tarixində Həsən Bəy Zərdabi adına mədəniyyət və istirahət parkında "Konstitusiya və Suverenlik İli", “İnsan Hüquqları Aylığı” çərçivəsində və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların dəb dünyası” adlı əyləncəli tədbir keçirilib. Tədbirdə uşaqların iştirakı ilə dəb nümayişi təşkil edilib, uşaqlar maraqlı rəqs nömrələri göstərib, şən mahnılar oxuyublar. İştirakçılara təşəkkürnamələr təqdim olunub. Tədbir iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.