"Heydər Əliyev dühası və müasir Azərbaycan" mövzusunda maarifləndirici tədbir keçirilib
03 iyun 2026 | 17:24
3 İyun 2026-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Şəftəhal kənd tam orta ümumtəhsil məktəbində "Heydər Əliyev dühası və müasir Azərbaycan" mövzusunda maarifləndirici, ideoloji təbliğat tədbiri keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik fəlsəfəsinin və müasir Azərbaycanın inkişafindakı misilsiz xidmətlərinin gənc nəslə aşılanması olub. Çıxışlarda dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin xilasındakı və inkişafındakı əvəzsiz rolu vurğulanıb. Gənclərə azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər və dövlət rəmzlərinə hörmət hissi aşılanıb. Ulu Öndərin siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və qazanılan tarixi qələbələr diqqətə çatdırılıb, dahi rəhbərin ideyalarının bu gün də Azərbaycanın uğurlu gələcəyinə işıq saldığı vurğulanıb. Məktəblilər dahi liderə həsr olunmuş şeirlər səsləndirib, mövzu ilə bağlı böyük maraq və fəallıq nümayiş etdiriblər. Qeyd olunub ki, müasir Azərbaycanın hər bir uğuru Heydər Əliyev dühasının və onun uzaqgörən siyasətinin bəhrəsidir!






