Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində "Tarix yazan əbədiyaşar lider" mövzusunda dəyirmi masa keçirilib

20 oktyabr 2023 | 15:14

Oktyabrın 20-də Zərdab Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq  "Tarix yazan əbədiyaşar lider" mövzusunda dəyirmi masa keçirilib. Heydər Əliyev Mərkəzində təşkil edilmiş tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, İcra Hakimiyyəti yanında İctimai şuranın üzvləri, məktəb direktorları, ziyalılar və gənclər iştirak edib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti”, “Əbədi və Ölməz Heydər Əliyev Dühası” başlıqları altında təşkil olunmuş sərgilərə baxış keçirilib, Ulu Öndərin dövlətçiliyimizin qorunmasında və möhkəmlənməsində  göstərdiyi xidmətlərə həsr olunmuş  “Dahi Şəxsiyyət“ adlı sənədli film izlənilib. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs ediblər. Sonda yerli həvəskar şairlərin Ümummilli Lider Heydər Əliyevə həsr etdikləri şeirləri dinlənilib.

Keçidlər