Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” ilə bağlı tədbir keçirilib.

10 noyabr 2022 | 17:13

Zərdab rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın  təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində  rayonda fəaliyyət göstərən Sosial Reabilitasiya Mərkəzinin Sağlamlıq İmkanları Məhdud Uşaqları üçün “Uşaq hüquqları aylığı”  ilə bağlı tədbir keçirilib. Tədbirdə Zərdab rayon  İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın mələhətçi-psixoloqu  Mübariz Quluyev, Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin rəhbəri Ləman Səfərəliyeva,  Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional Filalının əməkdaşı Eldar Xəlilov və Sağlamlıq İmkanları Məhdud Uşaqların valideynləri  iştirak ediblər. İştirakçılara  uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilib. Sonda Sağlamlıq İmkanları Məhdud Uşaqlar tərəfindən  hazırlanmış tamaşa və Zəfər Gününə aid kompazisiya nümayiş etdirilib.

Keçidlər