Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda görüş keçirilib

04 iyun 2026 | 17:27
4 iyun 2026-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi, Zərdab Gənclər Evi, Zərdab Rayon Heydər Əliyev Mərkəzi, Zərdab rayonu üzrə Gənclər və İdman Sektoru, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi və Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda görüş keçirilib.
Görüşdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafına göstərdiyi diqqət və qayğıdan, əsasını qoyduğu dövlət gənclər siyasətindən, gənclərin cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün də uğurla davam etdirilir və Azərbaycan gəncliyinin hərtərəfli inkişafında mühüm rol oynayır.
Sonda Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğını, eləcə də həyata keçirdiyi gənclər siyasətini əks etdirən videoçarx nümayiş etdirilib.
Keçidlər