Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı və ağacəkmə aksiyası keçirilib

14 aprel 2023 | 16:44

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Zərdab rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda Milli Məclis üzvlərinin, tanınmış politoloqların iştirakı ilə toplantı və ağacəkmə aksiyası keçirilib.

Toplantıda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkilləri Jalə Əliyeva, Aydın Mirzəzadə, Elnur Allahverdiyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini, Şəhidlərin xatirə parkında yaradılmış kompleksi, Həsən Bəy Zərdabinin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Toplantıda Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ümummilli lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin edib, Azərbaycanı inkişaf yoluna çıxarıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirir. Ulu öndər Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.

Millət vəkili Jalə Əliyeva çıxışında qeyd edib ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazdırırlar. Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.

Çıxış edən digər qonaqlar Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev prospektində Ümummilli liderin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib, 150 ədəd şam ağacı əkilib. Bundan başqa prospekt boyunca 200 ədəd müxtəlif növ dekorativ gül kolları əkilib, yeni qazon örtüyü salınıb.

Keçidlər