Heydər Əliyevin böyük şəxsiyyət obrazı bizə və gələcək nəsillərə örnəkdir
Bu günki müstəqil, qüdrətli, suverən Azərbaycan Respublikasının keçdiyi inkişaf yoluna, tarixinə nəzər yetirdikdə bəlli olur ki, bu uğurlar heç də asan bir şəkildə başa gəlməyib. Təbii ki, bu uğurların kökündə vətənini öz həyatından, canından çox sevən bir lider amili, eyni zamanda öz liderinə güvənərək bütün çətinliklərə sinə gələn məğrur xalq dayanır. Ölkəmizin tarixin siyasət səhnəsində yüksəlişi, formalaşması, söz və nüfuz sahibinə çevrilməsi, dünyada etibarlı dövlət kimi tanınması bilavasitə Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir.
Azərbaycanın milli mənəvi dəyərlər sistemini, dövlətçiliyini, adət-ənənələrini, dilini, tarixini, mədəniyyətini özündə birləşdirən və vəhdət yaradan azərbaycançılıq ideologiyasını daim yüksək tutan, bu amal uğrunda mübarizə aparan Ulu Öndərin bütün fəaliyyəti ölkəmizin inkişafına və tərəqqisinə yönəlmişdir. Dahi şəxsiyyətin hələ 1969-cu ildə Azərbaycana rəhbər təyin olunarkən gördüyü işlər, həyata keçirdiyi tədbirlər ölkəmizin inkişafı yolunda başlanğıcın təməlləri idi. O dövrdə bütün çətinliklərə rəğmənmilli kadrların yetişdirilməsinin planlı şəkildə həyata keçirməsi, gənc azərbaycanlı zabitlərin hazırlanması üçün geniş imkanlar yaratmış Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, istedadlı azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün göndərilməsi, Azərbaycanda şəhərsalma, sənaye müəssisələrinin genişləndirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi,tikinti işlərinin davamlı şəkildə həyata keçirilməsi, yolların çəkilməsi və digər sahələrdə yeni infrastrukturun yaradılması məhz dahi rəhbərin əvəzsiz xidmətlərindən idi.
Ümummilli liderimizin 1969-1982-ci illərdəki fəaliyyətinə nəzər yetirdikdə aydın olur ki, dahi şəxsiyyət hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ön sıralarda yer almasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan bünövrənin əsasını qoymuşdur.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə azadlığına qovuşan Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində böyük təhlükələr və ciddi sınaqlar qarşısında olmasıgənc ölkəni bu çətin sınaqlardan çıxaracaq güclü iradəyə malik liderə ehtiyac duyulduğunu ön plana çəkir, həmin liderin rəhbərliyi ilə müstəqilliyin davamlı olmasını təmin edəcək siyasi qurumun formalaşması zəruriətini yaradırdı. Belə olan halda 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması xalqımızın arzu və istəklərinin, milli mənəvi iradəsinin ifadəsinə zəmin yaratmaqla, müstəqillik yolunda addımlayan Azərbaycan Respublikasının inkişafına təkan vermiş oldu.
Beləliklə qısa zaman kəsiyində dahi şəxsiyyətin uzaqgörən siyasəti, yüksək səviyyəli idarəetmə bacarığı ilə Respublikada olanbütün təhlükələr dəf edildi, inkişaf strategiyasının təməllərini qoyulmuş oldu. Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi, dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, Azərbaycanı çiçəklənən bir ölkəyə çevirdi. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən ölkədə sabitliyin olması üçün bütün siyasi və diplomatik vasitələr işə salınaraq 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu, respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin təməli qoyuldu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı.
Dünyanın söz sahibi olan ölkələrin nəhəng neft şirkətləri ilə intensiv danışıqlara başlanılaraq 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı dünyanın iqtisadi siyasətinin mərkəzinə, o cümlədən nəhəng dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevirmiş oldu.XXI əsrin başlanğıcında ölkəmizin müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yer tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz Ümummilli lider Heydər Əliyevin xalqın iradəsinə arxalanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsi idi. Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə, yüksək bilik və bacarığa malik Ulu Öndər Heydər Əliyevin xarici siyasətdə əldə etdiyi uğurlar, yüksək əlaqələrin qurulması, həyata keçirdiyi balanslaşdırılmış siyasət Azərbaycanın uğurlu inişafına şərait yaratmış oldu.
Hazırda Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və yüksələn xətlə inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Ulu Öndər kursunun uğurlu davamıdır. Bu siyasətin təməlində isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşması durur.
Bu gün məhz Prezident cənab İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanda bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunmasında, ordu quruculuğunda inamlı addımlar atıb.Aparılan məqsədyönlü, ardıcıl və qətiyyətli siyasətin nəticəsində Azərbaycan özünün hərbi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub,ordumuz ən müasir silah-sursat, texnika və avadanlıqlarla təchiz olunub, ölkəmizə qarşı istənilən vaxt edilə biləcək hücumların qarşısını ala biləcək və bu hücumlara dərhal reaksiya verə biləcək Silahlı Qüvvələrimiz formalaşdırılıb. Məhz bu uğurların nəticəsində 2016-cı ilin aprel döyüşlərində, 44 günlük haqq savaşımızda və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş, cəmi 23 saat 43 dəqiqə davam etmiş antiterror əməliyyatlarındarəşadətli ordumuz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gücünü bütün dünyaya nümayiş etdirərək tarixi ədaləti bərpa etmiş oldu.
Prezident İlham Əliyev öz əməli fəaliyyəti ilə qısa zaman kəsiyində ona bəslənilən bütün ümidləri tam doğrultmaqla, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirdi, yorulmaz, qətiyyətli və prinsipial fəaliyyəti ilə sübut etdi ki, onun atdığı hər bir addım, verdiyi hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin edilməsinə, dövlətçiliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün təmin edilməsinə, siyasi sabitliyin və iqtisadi tərəqqinin davamlılığına və daha da möhkəmlənməsinə hesablanıb. Beləliklə “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək!” demiş Ümummilli lider Heydər Əliyevin arzularını reallaşdırmaqla Prezident cənab İlham Əliyev xalqımız qarşısında ən böyük missiyasını yerinə yetirmiş oldu.
Bu gün müstəqil, qüdrətli Azərbaycan deyəndə məhz Ulu Öndər Heydər Əliyevin ideyaları, dahi şəxsiyyətin ölkəmizin inkişafı naminə həyata keçirdiyi fədakar fəaliyyəti göz önündə canlanır. “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam” deyən Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, böyük şəxsiyyət obrazı bizəvə gələcək nəsillərə örnəkdir.Məhz ölkəmizin uğurlu inkişafının əsasını təşkil edənÜmummilli lider Heydər Əliyevin dövlətçilik irsi, tarixi fəaliyyətləri hazırda dərindən öyrənilir, geniş təbliğ olunur.
Xüsusilə Heydər Əliyev Fondu bu prosesdə müstəsna xidmətlər həyata keçirir. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edən Heydər Əliyev Fondunun təsis edilməsindən ötən 20 il ərzində həyata keçirdiyi tədbirlərə, icra olunan layihələrə diqqət yetirdikdə ölkəmizin inkişafına veridiyi töhfələr açıq və aydın şəkildə müşahidə olunur.Yarandığı gündən Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daim vətəndaşlarımızın yanında olan, onların problemlərinin həllində əvəzsiz xidmətlər göstərən, xalqımızın gələcəyi naminə bir sıra əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların dayağına çevrilmiş, qarşıya qoyulmuş vəzifələrinöhdəsindən layiqincə gəldiyini isbat etmişdir.
Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənən və təbliğ edən Fondun çoxşaxəli fəaliyyəti, müxtəlif sosial, iqtisadi, mədəni layihələri reallaşdırmaqla ölkəmizin inkişafına, mədəniyyətimizin və tariximizin təbliğinə kömək göstərir, o cümlədən təhsil, səhiyyə, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda uğurla iştirak edir. Fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində paytaxt və bölgələrdə, o cümlədən ölkənin ən ucqar regionlarında yeni avadanlıqlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəb binaları tikilərək istifadəyə verilmişdir. Ötən dövr ərzində Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyilayihələrdən biri də Azərbaycanda mövcud olan internat məktəblərinə və uşaq evlərinə qayğının artırılması olmuş, bu müəssisələrin maddi-texniki bazalarının yenidən qurulması istiqamətində "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində işlər həyata keçirilmişdir.
Təhsil sahəsi ilə yanaşı Azərbaycanda səhiyyənin inkişafı, yeni xəstəxanaların açılması və onların müasir avadanlıqla təchiz edilməsi Heydər Əliyev Fondunun fəaliyyətləri arasında ön sıralarda qərarlaşmışdır. Fondun dəstəyi ilə reallaşan “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi, qan xəstəliklərinin müalicəsi ilə bağlı bir çox layihələrin həyata keçirilməsi, hematoloji yardım və qan xidmətinin inkişafına yüksək diqqət və qayğı, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım göstərilməsi məqsədilə "Talassemiyasız həyat naminə" proqramı nəticəsində çox sayda ölkə vətəndaşının səhhəti ilə bağlı olan problemlərinin həllinə dəstək göstərilmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə mütəmadi olaraq faydalı əməkdaşlıq münasibətlərinin qurulması, ölkənin yaradıcı və elmi potensialının artırılması kimi məqsədlər də fondun ötən 20 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Bundan əlavə, qurum uşaq müəssisələrinin infrastrukturlarının, tibbi təsisatların inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycanın ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların keçirilməsi, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkili, Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik muğam sənətinin inkişafı və təbliği, milli musiqi irsimizin qorunub saxlanılması, dünya musiqi incilərinin ölkədə tanıdılması sahəsində uğurlu fəaliyyət nümayiş etdirmişdir.
Fondun təşəbbüsü və təşkilatı dəstəyi ilə 2007-2012-ci illərdə Bakıda Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivallarının təşkili, Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin açılışı, 2009, 2011, 2013, 2015 və 2018-ci illərdə “Muğam aləmi” Beynəlxalq Muğam Festivallarının təşkili, həmçinin 2009-2018-ci illərdə Qəbələ şəhərində Beynəlxalq Musiqi Festivalları keçirilməsi, eləcə də “Azərbaycan Muğamı” multimedia toplusunun, 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomunun və “Muğam ensiklopediyası” nəşri qədim musiqi irsimizin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması yolunda əvəzsiz xidmətlərdəndir.
Ötən dövr ərzində həyata keçirilmiş müxtəlif istiqamətli fəaliyyətləri sırasında Azərbaycan həqiqətlərinin təbliği və dünya ictimaiyyətinə çatdırılması xüsusi önəm verilən məsələlərdən olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər,kampaniya çərçivəsində dünyanın əksər ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi, konfransların, seminarların, sərgilərin təşkil edilməsi, filmlərin çəkilməsi, kitablarin nəşr olunması işğalçı Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyisoyqırımı siyasətinin nəticələri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması yönündə böyük əhəmiyyətə malikdir. 20 illik fəaliyyəti dövründə Heydər Əliyev Fondu nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmiş, Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə reallaşdırılan layihələr cəmiyyət həyatının bütün sferalarını əhatə etməklə ən yüksək amallara, keyfiyyətlərə söykənmiş, irəli sürülmüş təşəbbüslər bir qayda olaraq ümumi mənafedən irəli gəlmişdir.
Bu gün xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond öz fəaliyyətini uğurla davam etdirir, davamlı olaraq həyata keçirilən tədbirlər, xeyriyyəçilik missiyası nəticəsində Azərbaycan vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Heydər Əliyev Fondunun gördüyü işlərin hər biri Mehriban xanım Əliyevanın böyük əməyi sayəsində Azərbaycanın sivil bir dövlət olaraq inkişafında xüsusi yerə və rola malikdir.
Həyata keçirdiyi xeyirxaq layihələr və tədbirlərlə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına xidmət edən Heydər Əliyev Fondunun təsis edilməsinin 20 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, çoxşaxəli və genişmiqyaslı fəaliyyətində uğurlar arzu edirəm.
İlkin Əliyev
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri