Heyvandarlığın inkişafı 2025-ci ilin yanvar-mart ayları ərzində də davam etmişdir
Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Hazırda rayonda (01 aprel 2025-ci il vəziyyətinə) 51765 baş iri buynuzlu, 103785 baş xırda buynuzlu heyvan var. 01 aprel 2025-ci il tarixə ət istehsalı 10849,0 sentner, süd istehsalı 64573,0 sentner, yumurta istehsalı 2205,0 min ədəd olub.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2025-ci ilin yanvar-mart ayları ərzində 1415 baş inək, camış və düyələrdə süni mayalanma aparılmış, 827 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi