Şriftin ölçüsü :

Saytın rəngi :

Heyvandarlıq inkişaf etdirilir

04 avqust 2022 | 17:09

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub.  Hazırda rayonda (01 iyul 2022-ci il vəziyyətinə) 54980 baş iri buynuzlu, 114999 baş xırda buynuzlu heyvan var. 01 iyul 2022-ci il tarixə ət istehsalı 20680,0 sentner, süd istehsalı 122387,0 sentner, yumurta istehsalı 4905,0 min ədəd olub.  Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2022-ci ilin yanvar-iyun  ayları ərzində 2409 baş inək və düyələrdə süni mayalanma aparılmış, 1600 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsinin məsləhətçisi Tavad Əliyeva

Keçidlər