Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynxanlı kənd ümumi orta məktəbində “Zərərli vərdişlərə, dini radikalizmə və erkən nikaha yox deyirik" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

23 fevral 2023 | 18:25

23.02.2023-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Zərdab Rayon Polis şöbəsinin, Zərdab Rayon Gənclər və İdman idarəsinin və Zərdab Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə Hüseynxanlı kənd ümumi orta məktəbində  “Zərərli vərdişlərə, dini radikalizmə və erkən nikaha yox deyirik"  mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə narkomaniyanın və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, eləcə də onunla mübarizə yollarından və zərərli vərdişlərdən gəncləri çəkindirmək üçün görülən tədbirlərdən bəhs olunub. Həmçinin, erkən nikah, dini radikalizm və ekstremizmin  fəsadları,  zərərli  vərdişlərə qarşı  mübarizə  üsulları  barədə ətraflı  məlumat verilib. Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırıldı.

Keçidlər