Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseynxanlı kəndində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib.

26 avqust 2025 | 12:32

26.08.2025-ci il tarixdə Hüseynxanlı  kəndində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib. Görüşdə RİH başçısının birinci müavini Ramo Hacıyev, Rayon İHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin səlahiyyətlərini icra edən Murad Həsənov və Hüseynxanlı, Xanməmmədli kəndlərinin ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüş iştirakçıları ilə “Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli irsi” mövzusu ətrafında müzakirələr aparılmış, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyətindən bəhs olunmuşdur. Tədbirdə çıxış edənlər vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsinin, möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir  Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsinin zəruri olduğunu vurğulamış, ölkədə mövcud ictimai sabitliyin, vətəndaş həmrəyliyi və etnik, dini dözümlülük mühitinin mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsinin olduğu bildirilmişdir.

Keçidlər