Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı buraxılış imtahanlarında yüksək bal toplayan şəhid övladı ilə görüşüb

22 iyun 2025 | 13:57
Vətən müharibəsinin şəhidi, mayor Rəhim Hüseynovun oğlu Hikmət Hüseynov 9-cu sinif buraxılış imtahanlarında yüksək bal toplamışdır. Bildiririk ki, buraxılış imtahanlarında yüksək nəticə göstərən şəhid övladlarının bir qismi dövlət tərəfindən yay məktəbi çərçivəsində İngiltərəyə səfərə göndəriləcəklər. Şəhid Rəhim Hüseynovun da övladı bu uşaqların sırasındadır. Bu münasibətlə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və bir qrup ehtiyyatda olan hərbi qulluqçular şəhidin övladı ilə görüşmüşlər. İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə şəhidin övladını təbrik edərək ona uğurlar arzulamış və xatirə hədiyyəsi təqdim etmişdir. Daha sonra ehtiyyatda olan hərbi qulluqçu Ceyhun Abdulxalıqov çıxış edərək şəhidin övladını təbrik edərək hədiyyələrini təqdim etmişlər.
Şəhidin atası Qədir Hüseynov ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
Keçidlər