Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Gəlmə kənd tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib

13 iyun 2026 | 10:57
Zərdab rayonu ərazisindəki ümumtəhsil məktəblərində, o cümlədən Gəlmə kənd tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, Rayon Polis Şöbəsinin rəis müavini Pərviz Hüseynov, icra hakimiyyətinin məsul şəxsləri, Rayon Təhsil Sektorunun müdiri və şəhid ailələri iştirak ediblər.
Tədbirin giriş hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Son zəng tədbirinə qatılan Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə məzunları və onların valideynlərini, müəllim kollektivini təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Təhsilə və təhsil işçilərinə Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin və eləcə də ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısından bəhs edərək, məzunlara həyatın yeni mərhələsində uğurlar diləyib. Tədbirdə çıxış edən digər qonaqlar məzunlara gələcək təhsil həyatlarında uğurlar və bol nailiyyətlər diləyiblər. Bununla yanaşı, imtahan nəticələrinə görə ən yüksək bal toplamış 1 nəfər şagirdə və nailiyyətləri olan 1 nəfər fənn müəlliminə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Həmçinin məktəbin fəaliyyətində seçilən 1 qrup müəllim və şagirdlərə təşəkkürnamələr verilib. Sonda “Son zəng” çalınıb və xatirə şəkli çəkilib.
Keçidlər