Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qoruqbağı kənd tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib

14 iyun 2025 | 12:37

Zərdab rayonu ərazisindəki ümumtəhsil məktəblərində, o cümlədən Qoruqbağı kənd tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirilib. Tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, Rayon Polis Şöbəsinin rəisi Ramil Salayev, icra hakimiyyətinin məsul şəxsləri, Rayon Təhsil Sektorunun müdiri iştirak ediblər. Tədbirin giriş hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Son zəng tədbirinə qatılan Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə məzunları və onların valideynlərini, müəllim kollektivini təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Təhsilə və təhsil işçilərinə Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin və eləcə də ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısından bəhs edərək, məzunlara həyatın yeni mərhələsində uğurlar diləyib. Tədbirdə çıxış edən digər qonaqlar məzunlara gələcək təhsil  həyatlarında uğurlar və bol nailiyyətlər diləyiblər.  Bununla yanaşı, məktəbin veteran müəllimi və 600-dən yüksək bal toplamış şagirdlərə qiymətli hədiyyələr təqdim olunub. Sonda “Son zəng” çalınıb və xatirə şəkli çəkilib.

Keçidlər