İcra başçısı və millət vəkili Kür çayında boğulan ata və qızının ailə üzvləri ilə görüşüb
15 aprel 2024 | 16:01
12 aprel 2024-cü il tarixdə Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisində Kür çayında boğulan Zərdab rayonunun Qoruqbağı kənd sakinləri Süleymanlı Vaqif Tahir oğlu və onun qızı Səma Süleymanlının axtarışları davam etdirilir. Hadisədən keçən müddət ərzində rayon icra hakimiyyəti tərəfindən həmin şəxslərin ailə üzvləri və aparılan axtarış işlərinin gedişi nəzarətdə saxlanılır. Bu gün isə rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə və millət vəkili Jalə Əliyeva hadisənin baş verdiyi əraziyə getmiş, ailənin digər üzvləri ilə görüşmüşlər. Aparılan axtarış işlərinin daha da səmərəli təşkili üçün aidiyyəti qurumlarla əlaqə saxlanılmış və lazım olan əlavə köməkliklərin göstəriləcəyi bildirilmişdir.