İcra başçısının növbəti səyyar qəbulu Qoşaoba kəndində keçirilib
05 iyun 2024 | 16:46
Zərdab rayonunun Qoşaoba kəndində Rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulu keçirilmişdir.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti nazirlik və komitələrə müraciət olunması üçün təşkilat rəhbərlərinə, yerli icra və bələdiyyə orqanlarına icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.