İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ərazilərdə ipəkqurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur
Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda həyata keçirilən tədbirlər davam etdirilir. Rayon üzrə 2016-cı ildə 5 ton 710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq, 2021-ci ildə 67 ton 950 kq, 2022-ci ildə 58 tondan çox, 2023-cü ildə 52 tondan çox, 2024-cü ildə 40 tondan çox, 2025-ci ildə isə 32 tondan çox olmaqla barama tədarük edilərək respublikada illər üzrə ən yüksək göstəriciyə nail olunmuşdur. Görülən tədbirlər cari ildə də davam etdirilir. 2026-cı ilin məhsulu üçün ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır. Hazırda ipəkqurdu toxumu bəsləmə mərhələsindədir. Rayon İcra Hakimiyyəti tərəfindən ipəkqurdunun bəslənilməsi vəziyyəti nəzarətdə saxlanılır. Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Aparatın digər vəzifəli şəxslərinin iştirakı ilə rayon ərazisində barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur, barama qurdlarına baxış keçirir və onların yemlə təminatının vəziyyəti ilə maraqlanır. 21 may 2026-cı il tarixdə rayonun Gəlmə və Əlibəyli kənd İƏD üzrə nümayəndəliklərinin ərazisində saxlanılan ipəkqurdlarının vəziyyətinə baxış keçirilmiş, kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilmişdir.






