Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin Başçısı yerlərdə ipəkqurdunun saxlanılması üçün yaradılan şəraitilə tanış olur

17 may 2023 | 09:36

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda xeyli iş görülmüş və bunun nəticəsidir ki, son illərdə Zərdab rayonu barama tədarükü sahəsində respublikada ən yüksək göstəriciyə nail olmuşdur. 2022-ci ildə rayonda 58 ton barama tədarük olunmuşdur. Cari ildə də bu sahədə yüksək nəticələrə nail olmaq üçün rayon icra hakimiyyətinin rəhbərliyi altında kümçülər səylə çalışırlar. 2023-cü ilin məhsulu üçün kümçülərə 1000 qutu ipəkqurdu toxumu paylanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri mütəmadi olaraq rayon ərazisində  barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur, yemlə təminatında yaranan çətinlikləri aradan qaldırmaq üçün kümçülərə müvafiq köməkliklər göstərirlər. İcra Başçısı tərəfindən son günlərdə Məmmədqasımlı, Hüseynxanlı, Otmanoba, Şəftəhal, Əlvənd kəndlərində kümxanalara baxış keçirilmişdir. Kümxanalarda olan hazırkı vəziyyət deməyə əsas verir ki, zərdablılar bu il də barama tədarükü sahəsində yüksək nəticələr əldə edəcəklər.

 

Keçidlər