Şriftin ölçüsü :

Saytın rəngi :

“İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı fermerlərlə görüş keçirilib

05 iyun 2026 | 16:27

Görüşdə Rayon İcra Hakimiyyəti Başçısının müavini - sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Pərvin Mahmudova, Zərdab DAİM-in direktoru Nazim Hüseynov və rayon ərazisində fəaliyyət göstərən fermerlər iştirak etmişdir. Görüşdə “Azərbaycanda aqrar sahənin inkişafı və Prezident İlham Əliyevin kənd təsərrüfatı siyasəti”, “Müasir kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyinin təmin olunması” mövzularında çıxışlar edilmiş, eyni zamanda ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarının nəticələrindən bəhs olunmuş, fermerlərə göstərilən dövlət dəstəyi tədbirlərinin əhəmiyyətindən danışılmış və mövzu ətrafında müzakirələr aparılmışdır.

Keçidlər