“İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı Rayon Kommunal Müəssisələri Kombinatının işçiləri ilə görüş keçirilib
Görüşdə Rayon İcra Hakimiyyəti Başçısının müavini - sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Pərvin Mahmudova və Kommunal Müəssisələri Kombinatının əmək kollektivi iştirak etmişdir. Görüşdə “Azərbaycanda kommunal xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti”, “Ətraf mühitin mühafizəsi, sanitar təmizlik və abadlıq işlərinin təşkili sahəsində müasir yanaşmalar” mövzularında çıxışlar edilmişdir. Eyni zamanda ölkəmizdə kommunal təsərrüfat sahəsinin təkmilləşdirilməsi, yaşayış məntəqələrinin abadlaşdırılması, ekoloji tarazlığın qorunması, tullantıların idarə olunması və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs olunmuşdur. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq layihələrinin əhəmiyyəti vurğulanmış, ətraf mühitin qorunması və təmizliyin təmin olunmasında hər bir vətəndaşın məsuliyyəti barədə fikir mübadiləsi aparılmışdır. Sonda mövzu ətrafında müzakirələr keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.






