Şriftin ölçüsü :

Saytın rəngi :

“İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı Rayon Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin işçiləri ilə görüş keçirilib

25 iyun 2026 | 16:52

Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini - sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Pərvin Mahmudova və Rayon Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti”, “Şəhər və kənd yaşayış məntəqələrində abadlıq və yaşıllaşdırma işlərinin təşkilində müasir yanaşmalar” mövzularında çıxışlar edilmişdir.

Eyni zamanda ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının salınması, mövcud ağac və kolların mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması, yaşayış məntəqələrinin estetik görünüşünün yaxşılaşdırılması və abadlıq işlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlərdən bəhs olunmuşdur.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı ekoloji layihələrin və abadlıq-quruculuq işlərinin əhəmiyyəti vurğulanmış, yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsi və ekoloji mədəniyyətin formalaşdırılmasında hər bir vətəndaşın üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmışdır.

Sonda mövzu ətrafında müzakirələr keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər