“İntihar hallarının qarşısının alınması və Məişət zorakılığı” mövzularında tədbir keçirilib
15.07.2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək mərkəzinin, birdə təşkilatçılığı ilə Əlvənd kəndində “İntihar hallarının qarşısının alınması və Məişət zorakılığı” mövzularında kənd ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçilərinin və valideynlərin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə zorakılıq nədir, məişət zorakılığının növləri, problemlərlə mübarizə və onların həlli yolları, müraciət ediləcək ünvanlar, bu sahədə beynəlxalq və yerli səviyyədə qəbul edilən normativ hüquqi aktlardan bəhs edilib. Həmçinin 21-ci əsrdə qloballaşma dediyimiz prosesin mənfi təzahürlərinin xalqımızın milli-mənəvi dəyərlərini müxtəlif formalarda sıradan çıxarması, gənclər arasında intihar hallarının artması barədə danışılıb, bütün bunlarla mübarizə aparmağın yolları müzakirə edilib.






