Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı

06 noyabr 2026 | 15:25

2026-cı il yanvar-avqust ayları ərzində rayon üzrə muzdla işləyənlərin sayı 5128 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 3832 nəfər, qeyri-dövlət sektorunda isə 1296 nəfər təşkil etmişdir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 16,0 faizi istehsal sahələrində, o cümlədən 0,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 13,2 faizi sənaye sahəsində, 1,9 faizi isə tikinti sahəsində məşğul olmuşdur.

Muzdla işləyənlərin çox hissəsi, yəni 84,0 faizi xidmət sahələrinin payına düşür. O cümlədən, 21,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 36,0 faizi təhsil, 10,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 5,6 faizi istirahət, əyləncə və incəsənət, 0,8 faizi informasiya və rabitə, 0,3 faizi maliyyə və sığorta fəaliyyəti, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,3 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.

2026-cı ilin yanvar-avqust ayları ərzində iqtisadiyyatda muzdla işləyənlərin оrta aylıq nominal əməkhaqqı  651,3 manat olmaqla 2025-ci ilin müvafiq dövrünə nisbətən 96,5 faiz təşkil etmişdir.

Maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, digər sahələrdə xidmətlərin göstərilməsi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, informasiya və rabitə sahəsində və peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər