Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı

09 fevral 2026 | 12:28

2025-ci il yanvar-noyabr ayları ərzində rayon üzrə muzdla işləyənlərin sayı 5520 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 4169 nəfər, qeyri-dövlət sektorunda isə 1351 nəfər təşkil etmişdir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 16,9 faizi istehsal sahələrində, o cümlədən 1,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 13,1 faizi sənaye sahəsində, 2,7 faizi isə tikinti sahəsində məşğul olmuşdur.

Muzdla işləyənlərin çox hissəsi, yəni 83,1 faizi xidmət sahələrinin payına düşür. O cümlədən, 19,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 36,6 faizi təhsil, 9,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi peşə, elmi və texniki fəaliyyət, 5,9 faizi istirahət, əyləncə və incəsənət, 0,9 faizi informasiya və rabitə, 0,3 faizi maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,3 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.

2025-ci ilin yanvar-noyabr ayları ərzində iqtisadiyyatda muzdla işləyənlərin оrta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 668,5 manat olmuşdur.

Maliyyə və sığorta fəaliyyəti, digər sahələrdə xidmətlərin göstərilməsi, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, təhsil, informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər