İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı
2025-ci il yanvar-may ayları ərzində rayon üzrə muzdla işləyənlərin sayı 5554 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 4274 nəfər, qeyri-dövlət sektorunda isə 1280 nəfər təşkil etmişdir.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 15,8 faizi istehsal sahələrində, o cümlədən 1,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 12,0 faizi sənaye sahəsində, 2,8 faizi isə tikinti sahəsində məşğul olmuşdur.
Muzdla işləyənlərin çox hissəsi, yəni 84,2 faizi xidmət sahələrinin payına düşür. O cümlədən, 19,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 38,2 faizi təhsil, 9,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 6,0 faizi istirahət, əyləncə və incəsənət, 0,8 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,3 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.
2025-ci ilin yanvar-may ayları ərzində iqtisadiyyatda muzdla işləyənlərin оrta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 677,9 manat olmuşdur.
Maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, peşə, elmi və texniki fəaliyyət, təhsil və əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi






