“İş yerində rifahın təmin olunması, tükənmə və stresslə mübarizə” mövzusunda təlim keçirilib
23 oktyabr 2024 | 16:46
Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “İş yerində rifahın təmin olunması, tükənmə və stresslə mübarizə” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi Zinyət Əmirova, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan dövlət qulluqçuları iştirak ediblər.