Kəndəbil kənd tam orta məktəbində maarifləndirici tədbir keçirildi
Martın 16-da Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Kəndəbil kənd tam orta məktəbində “Narkomaniya ilə mübarizə”, “Erkən nikah problemləri”, “Dini radikalizmin fəsadları” və “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə çıxış edələr narkomanlığın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olmasından, ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, erkən nikahların yaratdığı fəsadlardan, dini radikalizm və ekstremizmin törətdiyi bəlalardan və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən bəhs etdilər. Qeyd olunub ki, zərərli vərdişlərin yaratdığı fəsadlar barədə xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi vacib məsələdir.
Tədbirdə qeyd olunan mövzularda video çarx nümayiş olundu, qarşılıqlı müzakirələr aparıldı, o cümlədən iştirakçıları maraqlandıran suallar cavablandırıldı.