Şriftin ölçüsü :

Saytın rəngi :

Kəndəbil kənd tam orta ümumtəhsil məktəbində “15 sentyabr - Bilik günü” münasibətilə tədbir keçirilib

15 sentyabr 2026 | 18:25
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin giriş hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək məktəb kollektivini, şagirdləri 2026-2027-ci tədris ilinin başlanması münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Təhsilə və təhsil işçilərinə Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin və eləcə də ölkənin birinci Vitse- prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısından bəhs edərək uğurlar diləyib. Millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva əlamətdar gün münasibətilə şagirdlərə təbrik sözlərini çatdırıb, həmçinin onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb. O, dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açaraq ölkəmizdə təhsil keyfiyyətinin dünya standartlarına uyğunlaşdırılmasından, kadr potensialının gücləndirilməsindən danışıb. Tədbirdə çıxış edən digər qonaqlar şagirdlərə təhsil həyatlarında uğurlar və bol nailiyyətlər diləyiblər.
Keçidlər