Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində "8 Noyabr - Zəfər Günü" münasibətilə keçirilən minifutbol idman növü üzrə rayon turnirinə yekun vurulub

04 noyabr 2025 | 20:22
04 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "8 Noyabr - Zəfər Günü" münasibətilə Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə minifutbol idman növü üzrə rayon turnirinə yekun vurulub. 9 komandadan 100-ə qədər idmançının mübarizə apardığı, 15 oktyabr 2025-ci il tarixdən start götürmüş turnirin final oyununda "Üfüq" və "Madinah" komandaları üz-üzə gəlib. "Üfüq" komandası 4-2 hesabı ilə üstün olaraq turnirin qalibi olub. Turnirin bağlanış mərasimində Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri Əvəz Soltanov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşciləri Həmkarlar İttifaqı Zərdab rayon komitəsinin sədri Kərimov Səbuhi çıxış edərək ölkəmizdə o cümlədən rayonumuzda idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışaraq cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Turnirdə 1-ci və 2-ci  yeri tutmuş komandalara Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin diplomları və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşciləri Həmkarlar İttifaqı Zərdab rayon komitəsinin kubok və hədiyyələri təqdim olunub.
Keçidlər