“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən minifutbol idman növü üzrə rayon turnirinə yekun vurulub
23 may 2025 | 16:10
11 komandadan 150-ə qədər idmançının mübarizə apardığı, 1 may 2025-ci il tarixdən start götürmüş turnirin final oyununda "Üfüq" və "Kəndəbil" komandaları üz-üzə gəlib. Kəndəbil komandası 5-4 hesabı ilə üstün olaraq turnirin qalibi olub. Turnirin bağlanış mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri Əvəz Soltanov çıxış edərək ölkəmizdə o cümlədən rayonumuzda idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışaraq cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Turnirdə 1-ci və 2-ci yeri tutmuş komandalara Zərdab Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin kubok, medal, diplomları və qiymətli hədiyyələri təqdim olunub.