“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq tədbir keçirilib
09 aprel 2026-ci il tarixində Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərdab Gənclər Evində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi mövzusunda tədbir keçirdi.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı, Rayon Ağsaqqallar Şurasının sədri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Rayon Təşkilatının sədri, Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin sədri, “Gəncliyə dəstək” İctimai Birliyinin sədri, “Əkinçi” qəzetinin redaktoru, “Zərdab Gənclər Evi” SXM direktoru, təhsil, səhiyyə, mədəni-maarif və Rayon Gənclər və İdman sektorunun işçiləri, RİH yanında İctimai Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı çıxış edərək 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planının məqsədinin yerli əhalinin rifah halının artırılması, dövlət və vətəndaş əlaqələrinin gücləndirilməsi, korrupsiyaya qarşı birgə mübarizə və vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı olduğunu qeyd edib. Tədbir çərçivəsində vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığın gücləndirilməsi, onların proseslərdə fəal iştirakı və planın icrasında nəzarət mexanizmlərinin möhkəmləndirilməsi məsələləri xüsusi vurğulanıb. Daha sonra məsələ ətrafında müzakirələr aparılıb.






