Şriftin ölçüsü :

Saytın rəngi :

Kür çayının sahilində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncəli tədbir təşkil olunub

23 iyul 2026 | 17:42

23.07.2026-cı il tarixində Zərdab rayonunun Pərvanlı kəndində, Kür çayının sahilində Zərdab Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncəli tədbir keçirilib. Tədbir çərçivəsində uşaqlar müxtəlif interaktiv oyunlarda, yarışlarda və viktorinalarda iştirak edərək şən musiqi sədaları altında rəqs edib. Tədbirin sonunda uşaqlar üçün tort kəsilib. İştirakçılara xoş ovqat bəxş edən tədbir uşaqların yaddaşında unudulmaz yay günü kimi qalıb.

Keçidlər