Şriftin ölçüsü :

Saytın rəngi :

Məhərrəmlik və Aşura mərasimlərinə nəzarətin təmin edilməsi məqsədilə görüş keçirilib

10 iyun 2026 | 12:55
Rayon İcra Hakimiyyətində təşkil olunmuş görüşdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icma rəhbərləri, din xadimləri iştirak edib. Giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. Dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğının göstərildiyini vurğulayıb, İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirərək bu gün hər bir Azərbaycan vətəndaşının üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü bildirib. Məhərrəmlik və aşura mərasimləri ilə bağlı tövsiyələr görüş iştirakçılarının diqqətinə çatdırılıb, Məhərrəm ayı ilə bağlı bütün mərasimlərin qanunvericilik çərçivəsində Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin zəruriliyi vurğulanıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Keçidlər