Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı və uşaqlara qarşı zorakılıq ilə mübarizə mövzusunda məlumatlandırma-maarifləndirmə tədbiri keçirilib

11 oktyabr 2022 | 16:17

11 oktyabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Zərdab Rayon İcra Hakimiyyəti  yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun təşkilatçılığı ilə Rayon Polis şöbəsinin, “Zərdab RMX” PHŞ, Gənclər və İdman İdarəsinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının iştirakı ilə məişət zorakılığı və uşaqlara qarşı zorakılıq ilə mübarizə mövzusunda məlumatlandırma-maarifləndirmə məqsədi ilə seminar keçirilmişdir. Seminarda “Məişət zorakılığı haqqında” Azərbaycan Respublikasının Qanunu və Qanundan irəli gələn tələblər, məişət zorakılığı barədə şikayətlərə baxılması qaydası, şikayətlərə baxan dövlət orqanının səlahiyyətləri, görülməli olan qabaqlayıcı tədbirlər, zərərçəkmiş şəxslərə hüquqi, sosial, tibbi-psixoloji yardımların göstərilməsi və zorakılıq göstərən şəxslərə qarşı cinayət və inzibati məsuliyyət tədbirləri barədə tədbir iştirakçılarına məlumat verilmişdir. Həmçinin məişət zorakılığının qarşısının alınmasında dövlət qurumlarının fəaliyyətinin vacibliyi vurğulanmışdır.

Keçidlər