Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəbli Kuboku” layihəsinə yekun vurulub

25 fevral 2026 | 17:42

25 fevral 2026-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Zərdab rayonu üzrə gənclər və idman sektorunun və Zərdab rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər 1 nömrəli məktəb-liseyin idman zalında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və AFFA tərəfindən 2025-2026-cı il mövsümü üçün ümumtəhsil orta məktəblərinin 5 və 7-ci sinif şagirdləri arasında keçirilən minifutbol idman növü üzrə “Məktəbli Kuboku” layihəsinə yekun vurulub. 7-ci siniflər arasında 18 komandanın, 5-ci siniflər arasında 9 komandanın mübarizə apardığı, 25 dekabr 2025-ci il tarixdən start götürmüş turnirdə 5-ci siniflər arasında şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin, 7-ci siniflər arasında isə 1 nömrəli məktəb-liseyin komandası qalib gələrək zona mərhələsində iştirak hüququ qazanıblar. Qalib komandalara AFFA tərəfindən hədiyyələr təqdim olunub.

Keçidlər